Blog
You Are Here : Home Blog
Narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Əsas Komitə Xəbərlər Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında və digər gizli saxlanc yerlərində çəkisi 0,5 qram psixotrop maddə-metamfetamin və 3 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra sürücü yoxlama otağına dəvət olunub və üzərindən, ümumi çəkisi 2 qram psixotrop maddə-metamfetamin və 2 qram narkotik vasitə-marixuana aşkar edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 8 Sentyabr 2022 12:17 Paylaş :
Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi Əsas Komitə Xəbərlər Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi Corabın içində psixotrop maddə keçirməyə cəhd etdi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana gedən "SCANIA" markalı yük nəqliyyat vasitəsi saxlanılıb və baxış zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinin ətrafına reaksiya verib. Yoxlamadan öncə sorğu-sual edilən sürücü idarə etdiyi nəqliyyat vasitəsində və öz üzərində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı isə onun ayağındakı corabın pəncə hissəsində gömrük nəzarətindən gizlədilən, 1 ədəd sellofan paketdə qablaşdırılan və üzərində “B2” yazısı olan 50 ədəd həb və 1 ədəd həb qırıntısından ibarət dərman preparatı aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən həblər “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin II Siyahısı”na daxil olan buprenorfindir və təsiredici maddəsinin ümumi miqdarı 0,101 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Sentyabr 2022 14:55 Paylaş :
Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib Əsas Komitə Xəbərlər Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib Ümumdünya İlk Tibbi Yardım Gününə həsr edilən tədbir keçirilib Sentyabrın 9-da Dövlət Gömrük Komitəsinin Akademiyasında könüllü gömrükçülər üçün Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, DGK Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev, DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının təcili yardım şöbəsinin əməkdaşları iştirak ediblər. Çıxış edənlər “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətindən məmnunluqla bəhs edib, dəstə üzvlərinin ilk tibbi yardım haqqında əldə edəcəkləri bilik və bacarıqların mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Sonra həkimə qədər ilk tibbi yardım, ilan, əqrəb, hörümçək və həşərat sancmaları, eləcə də müxtəlif zəhərlənmələr zamanı ilk tibbi yardım mövzusunda təqdimatlar nümayiş etdirilib. Eyni zamanda, ilk tibbi yardımın faydası, ardıcıllığı, süni tənəffüsün verilməsi qaydaları və digər zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirin sonunda könüllü gömrükçülər öyrəndikləri bilikləri təcrübədə tətbiq ediblər. Daha sonra həkimlər onların suallarını cavablandırıblar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Sentyabr 2022 16:33 Paylaş :