Blog
You Are Here : Home Blog
Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib Əsas Komitə Xəbərlər Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib Dopinq vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib Sentyabrın 23-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Dopinq vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz keçirilməsi hallarının qarşısının alınması" mövzusunda təlim keçirilib. Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) ekspertləri tərəfindən keçirilən təlim gömrük əməkdaşlarının maarifləndirilməsi və peşəkarlıqlarının artırılması məqsədilə təşkil edilib. Təlimdə antidopinq sahəsində ümumi məlumat, antidopinq qaydaları və təcrübəsi, qadağan edilmiş siyahı, dopinq preparatları, poçt bağlamaları ilə bağlı qlobal trend, AMADA-nın araşdırmaları və digər mövzularda müzakirələr aparılıb, bu sahədə beynəlxalq təcrübəyə dair məlumat verilib, iştirakçılar üçün praktiki məşğələlər keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Sentyabr 2022 14:17 Paylaş :
3041 ədəd balıq toru aşkar edildi
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları 3041 ədəd balıq toru aşkar edildi Əsas Komitə Xəbərlər 3041 ədəd balıq toru aşkar edildi 3041 ədəd balıq toru aşkar edildi Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasına qanunsuz yollarla gətirilmiş, o cümlədən mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) əşyaların aşkar edilməsi istiqamətində kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri davam etdirilir. Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb. Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 24 Sentyabr 2022 11:20 Paylaş :
Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib Əsas Komitə Xəbərlər Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib Azərbaycan və İran gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilib Sentyabrın 24-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilə İran İslam Respublikası Gömrük Adminstrasiyasının rəhbəri Əlireza Moqəddəsi arasında onlayn formatda görüş keçirilib. İki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması istiqamətində reallaşdırılan tədbirlərdən bəhs edilən görüşdə mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi ilə bağlı görülən işlər diqqətə alınıb, Şərqi Zəngəzur iqtisadi rayonu ərazisində İranla dövlət sərhədində inşa olunacaq yeni sərhəd-keçid məntəqəsinin layihələndirilməsi işinin həyata keçirildiyi və bu istiqamətdə işlərin daha da intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin tətbiq edilməsinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, bəzi texniki problemlərin həlli üçün tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə alınaraq hər iki ölkənin gömrük qurumlarının İT mütəxəssislərinin iştirakı ilə yaxın zamanlarda müzakirələrin aparılmasına qərar verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 24 Sentyabr 2022 18:18 Paylaş :