Blog
You Are Here : Home Blog
Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Dövlət Gömrük Komitəsində 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Mərasimdən öncə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, iki il əvvəl sentyabrın 27-də Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəbhənin bütün istiqamətləri üzrə əks-hücum əməliyyatlarına başladı. Azərbaycan bu əməliyyatları özünümüdafiə çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirdi. Vətən müharibəsi Azərbaycan ərazisinin böyük hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq tarixindən söz açan Şahin Bağırov bu qüruru bizə yaşadan şəhidlərimizə, qazilərimzə hər birimizin borclu olduğunu vurğulayıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinə, şəhid ailələri və qazilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin də 60 nəfər əməkdaşının iştirak etdiyi diqqətə çatdırılıb, onlardan Ülvi Hacıyevin şəhadətə qovuşduğu, 9 nəfərin isə yaralandığı bildirilib. Vurğulanıb ki, şəhidlərimiz, qazilərimiz heç zaman unudulmayacaq, daim diqqət mərkəzində olacaqlar. Tədbirdə çıxış edən şəhid valideynləri - gömrükçü şəhid Ülvi Hacıyevin anası Həmidə Hacıyeva, şəhid Rövşən Nuruzadənin atası Əli Nur Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər. Mərasimdə Vətən müharibəsi qazisi İqbal Səfərov da çıxış edərək keçdiyi döyüş yolundan danışıb, onlara göstərilən etimada və dəstəyə görə təşəkkür edib. O dövlət başçısının müvafiq Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Sentyabr 2022 14:20 Paylaş :
DGK rəhbərliyi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları DGK rəhbərliyi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər Əsas Komitə Xəbərlər DGK rəhbərliyi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər DGK rəhbərliyi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi sentyabrın 27-də - Anım Günündə Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər. DGK rəhbərliyi İkinci Şəhidlər xiyabanına gələrək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Sentyabr 2022 17:39 Paylaş :
DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında vəziyyətlə tanış olub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında vəziyyətlə tanış olub Əsas Komitə Xəbərlər DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında vəziyyətlə tanış olub DGK sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında vəziyyətlə tanış olub Sentyabrın 28-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Mərkəzi Gömrük Hospitalında olub. Hospitalın kollektivi ilə görüşən Şahin Bağırov tibb müəssisəsinin ölkəmizdə insan sağlamlığının qorunması, müalicəsi sahəsində əhəmiyyətli işlər gördüyünü, gömrük xidmətində çalışan heyətin tibbi müayinəsini peşəkarlıqla həyata keçirdiyini, eləcə də qısa zaman ərzində nümunəvi fəaliyyəti ilə nüfuz qazandığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan islahatların bu sahənin sürətli inkişafı üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb, Mərkəzi Gömrük Hospitalının da bu istiqamətdə inkişaf etdiyi vurğulanıb. Mərkəzi Gömrük Hospitalının pandemiya dövründə səmərəli fəaliyyəti və COVID-19 xəstələrinin müalicəsində tibbi personalın fədakar əməyi də yüksək qiymətləndirilib. Şahin Bağırov gömrük sistemində həyata keçirilən işlərə uyğun olaraq Mərkəzi Gömrük Hospitalında xidmət səviyyəsinin daha da yüksəldilməsi, müasir müalicə texnologiyalarının öyrənilməsi və tətbiqi, kadrların potensialının gücləndirilməsi və toplanan təcrübənin bölüşülməsi ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. Daha sonra hospitalın yeni inşa olunan korpuslarında aparılan tikinti işləri ilə tanış olan Şahin Bağırov müvafiq göstəriş və tapşırıqlarını verib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 28 Sentyabr 2022 18:48 Paylaş :